Boşanma səbəbi bəlli oldu

bosanma-sebebi-belli-oldu
Oxunma sayı: 4542

Müğənni Yavuz Bingöl və həyat yoldaşı Öykü Gürmanın boşanma səbəbi bəlli olub.

“Qafqazinfo” Posta qəzetinə istinadən xəbər verir ki, Öykü Gürman ötən gün həmkarı Murat Evginlə oxuduğu duetin klip çəkilişi üçün kamera qarşısına keçib.

Əhvalının yerində olduğu müşahidə edilən Gürmanın barmağında üzüyünün olmaması diqqətdən yayınmayıb. İfaçı jurnalistlərin boşanma ilə bağlı verdiyi suallara cavab vermək istəməyib.

Yayılan iddialara görə, Yavuz Bingöl gecələri davamlı olaraq bayırda olur , mədəniyyət mərkəzində qalır. Müğənni həftə sonları isə müxtəlif ölkələri səyahət edir.

Öykü Gürman “Evə yatmaq üçün gəlirsən, belə evlilik olmaz”,- cümləsi münasibətləri daha da gərginləşdirib.
Yavuz Bingöl evi bir ay əvvəl tərk edib, məhkəməyə müraciət edib.

Qeyd edək ki, cütlük 3 il sevgili olduqdan sonra 2015-ci ildə ailə həyatı qurmuşdu.