Boşanmaq üçün məhkəməyə müraciət etdi

bosanmaq-ucun-mehkemeye-muraciet-etdi
Oxunma sayı: 2113

Tez-tez boşanma xəbərləri ilə gündəmə gələn Sərdar Ortaç və Kloe Loughnan haqqında yeni bir iddia ortaya atılıb.  “Qafqazinfo” xəbər verir ki, TV 8-də yayımlanan “Gəl danışaq” proqramının aparıcısı Eylem İpek Şafak canlı efirdə bildirib ki, cütlük ayrılmaq barədə yekun qərara gəliblər. 

Artıq Sərdarın məhkəməyə müraciət etdiyi də qeyd olunub.  Müğənni məhkəmə işini vəkil Ömər Duraka həvalə edib. O, hüquqşunasa “Artıq bu işi sonlandırmaq qərarına gəlmişəm. Evdə hüzurlu deyiləm” deyə bildirib.