Boşanmaqdan imtina etdilər - Fotolar

bosanmaqdan-imtina-etdiler
Oxunma sayı: 4968

5 ildir ki, evli olan Megan Fox və Brian Austin Green boşanma qərarlarını təxirə salıblar.

“Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, 29 yaşlı Fox üçüncü körpəsinə hamilə qalması səbəbiylə hələlik ayrılıq qərarından imtina edib.

O, 42 yaşlı həyat yoldaşı ilə Koma çimərliyinə tətilə gedib.

Green “People” jurnalına açıqlamasında bildirib ki, 42 yaşında ata olacağı üçün xoşbəxtdir:

“Bu il 43 yaşım olacaq. Bu yaşda 3-cü övladımı qucağıma alacam. İnanılmaz bir şeydir. Heç plan qurmamışdıq, hər şey anidən oldu”.

Qeyd edək ki, cütlük ötən ilin avqust ayında ayrılmışdılar. Megan Fox münasibətlərinə rəsmi şəkildə son qoymaq üçün məhkəməyə müraciət etmişdi.