Diana Çarlzla ayrılıqdan sonra da məşhur üzüyünü taxmağa davam etdi...
“Qafqazinfo” xarici araşdırmalara istinadən xəbər verir ki, Britaniya kral ailəsinin gəlini, şahzadə Diana haqqında maraqlı faktlar üzə çıxıb.
Şahzadə Diana ilə Kral III Çarlzın 90-cı illərin sonlarında səs-küylü boşanmalarının ardından təfərrüatları və ya evliliklərini müzakirə etmələrinə mane olan bir məxfilik müqaviləsi imzalayıblar və Diana bu ayrılıq üçün 17 milyon funt sterlinq təzminat alıb. Həmçinin saray ona hər il 400 min funt sterlinq ödəyirdi.
Cütlük 28 avqust 1996-cı ildə ayrıldı və həmin gün şahzadə Londonda paparassilərin hədəfinə çevrildi.
Ayrılıqdan bir müddət sonra Diana himayədarı olduğu İngiltərə Milli Baletinin baş qərargahını ziyarət edib. Həmin gün o, dəbli mavi iş kostyumu ilə kameralara tuş gəlmişdi. Geyimi pencəkdən və dizdən yuxarı ətəkdən ibarət idi.
Lakin ən çox diqqəti zinət əşyaları - həmin gün taxdığı evlilik alyansı və məşhur sapfir və brilyant toy üzüyü çəkmişdi.
Deyəsən, ayrılıq mərhələsini keçmək onun üçün çətin idi...
Buna baxmayaraq, həmin ilin oktyabrında arxiv fotolarından da göründüyü kimi o, artıq barmağından zinət əşyalarını çıxarmışdı.
Uzun illərdir həmin sapfir üzüyü onun oğlu Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton taxmağa davam edir. İndi də o, bu zinət əşyasını barmağından çıxarmır.
Xatırladaq ki, Diana 31 avqust 1997-ci ildə 36 yaşında ikən Parisdə avtomobil qəzasında həlak olub. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun da ölümünə səbəb olur. Onilliklər ərzində Diananın sui-qəsd nəticəsində öldürüldüyü bildirilsə də, ilkin tədqiqatları qəzanın Henri Paulun içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyi ilə nəticələnir.