İstanbulda Bosfor boğazında neft tankerinin qəzaya uğraması səbəbindən gəmilərin hərəkəti dayanıb.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
Qəzaya səbəb Xorvatiya bayrağı altında hərəkət edən “RAVA” tankerinin mühərrikinin qırılması olub.
Tankerin uzunluğu 249 metr təşkil edir. İnsident Bosforda hər iki tərəfdən hərəkəti bağlayıb.
“Vessel finder” portalının məlumatına görə, tanker Novorossiysk – Kartagena marşrutu üzrə hərəkət edirmiş.
***
Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti “RAVA” tankeri ilə bağlı insidentdən sonra tamamilə bərpa edilib.
Bu barədə TASS-a Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin nümayəndəsi bildirib.
“Bütün zəruri işlər başa çatdıqdan sonra gəmilərin Bosfor vasitəsilə hərəkəti bərpa edilib”, - agentliyin həmsöhbəti deyib.

Son xəbərlər
Son Xəbərlər