Fevralın 9-na keçən gecə ömürlük həbs cəzası çəkdiyi Haaqa həbsxanasında Srebrenitsada müsəlmanların genosidini həyata keçirmiş Bosniya serblərinin generalı Zdravko Tolimir ölüb.
“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Ratko Mladiçin ən yaxın silahdaşı 67 yaşında dünyasını dəyişib.
Tolimir 2012-ci ilin dekabrında həbs edilib.
Xatırladaq ki, 1995-ci ilin iyul ayında Srebrenitsada bir neçə gün ərzində 8 mindən çox müsəlman qətlə yetirilmişdi.
Son xəbərlər
Son Xəbərlər