Bosniya və Herseqovinada yeni hökumət 115 gündən sonra quruldu

Bosniya və Herseqovinada yeni hökumət 115 gündən sonra quruldu
Oxunma sayı: 1174

Bosniya və Herseqovinanın bu gün keçirilən təcili iclasında Xorvatiya Demokratik İttifaqından (HDZ) Borjana Kristonun 28 dekabrda ölkənin Nazirlər Şurasının yeni sədri seçildikdən sonra ikinci konkret addım atılaraq hökumət qurulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni hökumət oktyabrın 2-də keçirilən seçkilərdən 115 gün sonra formalaşıb.

Nazirlər Şurasının təsdiqi üçün lazım olan səslərin sayının 22 olduğu sessiyada Kristonun kabinetinin lehinə 23 deputat, əleyhinə isə 19 deputat səs verib.

Qeyd edək ki, ölkədə 2018-ci ildə keçirilən seçkilərdə hökumət 14 ay sonra formalaşmışdı.