Bosniya və Herseqovinanın xarici işlər naziri Bakıya gəlir

bosniya-ve-herseqovinanin-xarici-isler-naziri-bakiya-gelir
Oxunma sayı: 718


Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Zlatko Lagumdzijanın səfərinin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda Zlatko Laqumdjiyanın çıxışı planlaşdırılır.

Qeyd edək ki, 2001-2002-ci illərdə Bosniya və Herseqovinada Baş nazir olmuş Zlatko Laqumdjiya Sosial Demokrat Partiyasının sədridir. O, kompüter elmləri və elektrotexnika sahəsi üzrə akademikdir.