Bosniyalılar “Neftçi”ni səhv saldılar

bosniyalilar-neftcini-sehv-saldilar
Oxunma sayı: 1082

Bosniya və Herseqovinanın “Sarayevo” klubu fevral ayında Antalyada təlim-məşq toplanışı keçirəcək. “Qafqazinfo” klix.ba saytına istinadən xəbər verir ki, paytaxt klubu Türkiyədə bir neçə yolxama görüşündə qüvvəsini sınayacaq. 

Bosniya və herseqovina mətbuatının iddiasına görə “Sarayevo”nun yoxlama görüşü keçirəcəyi rəqiblər arasında Bakı “Neftçi”si də var.

Belə ki, onların 9 fevralda Azərbaycan təmsilçisi ilə oynayacağı deyilir.

Lakin “Neftçi”nin Azərbaycan çempionatında sıx qrafikdə oyun keçirdiyini nəzərə alsaq, informasiyanın yanlış olduğu qənaətinə gəlmək olar. Böyük ehtimalla bosniya və herseqovinalılar Bakı “Neftçi”sini Özbəkistan “Neftçi” isə səhv salıblar.