Boşqabdan narkotik toxumları, ləyəndən çətənə şitili çıxdı

bosqabdan-narkotik-toxumlari-leyenden-cetene-sitili-cixdi
Oxunma sayı: 1384

İsmayıllı rayonunda evində və həyətində narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 4-ü rayonun Keşqurd kəndində yaşayan Emil Novruzovun yaşadığı evə İsmayıllı RPŞ əməkdaşları tərəfindən baxış zamanı qırmızı plastmas ləyəndə 81 ədəd çətənə şitili aşkar olunub. Həmçinin, stolun üstündəki boşqabdan narkotik toxumları tapılıb. E.Novruzovun evinin yaxınlığında dağlıq yerdə əkib becərdiyi 186 ədəd narkotik kolu aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq İsmayıllı RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadənin icraatında davam etdirilir.