Ötən gecə qəzalarda - 8 nəfər ölüb

oten-gece-qezalarda-8-nefer-olub
Oxunma sayı: 644

Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, müxtəlif yerlərdə baş verən qəzalar nəticəsində 8 nəfər ölüb, 20 nəfərə yaxın şəxs yaralanıb.

Ölümlə nəticələnən yol qəzaları paytaxt ərazisində, həmçinin magistral yollarda baş verib. Qəzaların böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.

Son bir həftədə isə ölkə ərazisində 30-a yaxın şəxs yol qəzasında dünyasını dəyişib.