“Botoks belə etdirməmişəm” - 53 yaşlı aktrisa

botoks-bele-etdirmemisem
Oxunma sayı: 3282

53 yaşlı aktrisa Salma Hayek heç vaxt plastik əməliyyat və botoks etdirmədiyini deyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aktrisa “Entertainment Tonight”a müsahibəsində üz görünüşünün tamamilə təbii olduğunu deyib.

İş adamı Fransis Henri Pinaultla evli və bir qızı olan Hayek əslində bir neçə dəfə botoks etdirmək istədiyini deyib:

“Botoks etdirəcəyim üçün çox həyəcanlıydım. Çünki daha əvvəl heç vaxt etdirməmişdim. Nə olacağını görmək istəmişdim. Amma botoksdan sonra əks təsirlərinin vaxtını keçməsini gözləməyə zamanım yox idi. “Like a Boss” serialı üçün də müqavilə imzalamışdım və təbii görünməliydim. Bu da fikrimi dəyişdi”.

Salmaya gözəllik sirləri ilə bağlı da sual verilib. O deyib ki, səhər oyanarkən heç vaxt üzünü yumur, gül suyu ilə dərisini silir. Bu isə onun üzünü təravətli göstərir. Makiyajını təmizləmək üçün gül suyuna Hindistan cevizi suyunu qarışdırdığını da bildirib. Salma bu metodları nənəsindən öyrəndiyini söyləyib.

Aktrisa bədən quruluşunu sabit formada saxlamaq üçün sümük suyu içdiyini açıqlayıb.