Xalq artisti Mələkxanım Əyyubova botoks etdirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, xanəndə “Söhbət var” proqramında qonaq olarkən mövzu barədə danışıb.
Muğam ifaçısı peşəsi ilə bağlı belə bir addım atmağının mümkün olmadığını söyləyib: “Mən istəsəm də botoks etdirə bilmərəm. Mimika ilə danışan insanam, muğam ifaçısıyam. Zil diapozonlarda muğam oxuyuram. Botoksla üzümü keyləşdirib bir yerdə qalaram, muğamı zillə oxuya bilmərəm. Heç cürə alınmaz. Əleyhinə deyiləm, hər kəsin öz şəxsi işidir, edə bilər.
Bundan əlavə, telefonlar günahkardır. Şəkil çəkdirirsən, amma özün kimi düşmürsən. Hələ xüsusi proqramlardan istifadə edib foto çəkdirirlər. Belə şeyləri də xoşlamıram”.

Son xəbərlər
Son Xəbərlər