“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Jenner “Interview” jurnalının yeni sayı üçün Mikael Janssona poza verib. Gənc qızın bu pazaları "Artıq böyüdüm. Məndən ailəmin kiçik qızı deyə bəhs etməyin" mesajı olaraq qəbul edilib.
Jenner jurnalın iyul sayı üçün verdiyi pozalarda məşhur bir ailədə böyümənin necə hiss olduğundan bəhs edib:
“Atam Bruce Jenner mənim qəhrəmanımdır. Anam Kris Jenner isə ailəmizə iş etikasını aşılayıb. Atam mənim hər şeyimdir. Kylie və mən böyüyərkən atam bizimlə çılğın söhbətlər edirdi. Mən tam atamın qızıyam”.
Son bir ildir moda dünyasında da fəaliyyət göstərən Jenner “Düzünü deyim, əvvəldən model olmaq istəyirdim. Davamlı super modellərə baxardım. Onlar mənim qəhrəmanlarımdır” deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər