Böyük Bəhmənlidə yanğın olub

boyuk-behmenlide-yangin-olub
Oxunma sayı: 909

Füzulidə yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndində baş verib.

Nəticədə ümumi sahəsi 320 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində iki otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.