“Böyük Britaniya ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”

boyuk-britaniya-ile-emekdasligi-davam-etdirmeyi-sebirsizlikle-gozleyirik
Oxunma sayı: 1163

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasından sonra ABŞ Prezidenti Co Bayden bu ölkə ilə əməkdaşlığın davam etdiriləcəyini gözlədiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti bu haqda bəyanat yayıb.

“Bir çox prioritet məsələlərdə Böyük Britaniya hökuməti, eləcə də dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirməyi gözləyirik”, - bəyanatda qeyd olunub.

Bu əməkdaşlığın Ukraynaya dəstəyin davamını ehtiva etdiyini deyən Bayden, Rusiya Prezidenti Vladimir Putinin əməllərinə görə cavab verməsi üçün Böyük Britaniya ilə əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.