Böyük Britaniya iranlı generallara sanksiya tətbiq etdi

boyuk-britaniya-iranli-generallara-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 1162

Böyük Britaniya İranın Kosmik Agentliyinə və ölkənin bir neçə generalına qarşı sanksiyalar tətbiq edib.   

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd olunub ki, İran Silahlı Qüvvələrinin general-leytenantı Əbdülrəhim Musəvinin, briqada generalı Məhəmməd Hüseyn Dadrasın, İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidinin, SEPAH-ın kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazeminin, kontr-admiral Həbibullah Səyyari və briqada generalı Əli-Məhəmməd Naininin aktivləri dondurulub. 

Bununla belə, qeyd olunan yüksəkrütbəli zabitlərin Böyük Britaniyaya girişinə də məhdudiyyət qoyulub.