Böyük Britaniya referenduma gedəcək

boyuk-britaniya-referenduma-gedecek
Oxunma sayı: 1722

Böyük Britaniyanın Avropa İttifaqında üzv olaraq qalmasına dair referendum iyunun 23-də keçiriləcək.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

Qeyd edək ki, referendumun tarixinə dair qərar bu gün, Britaniyanın Nazirlər Kabinetində ölkənin Aİ-də yeni statusu ilə bağlı keçirilən müzakirələr zamanı qəbul edilib.

Devid Kemeron referendumla bağlı qərarın bazar ertəsi, fevralın 22-də parlamentə təqdim edəcəyini bildirib.