Böyük Britaniya Ukrayna yeni hərbi texnika göndərəcəyini açıqlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles İcmalar Palatasında çıxışı zamanı deyib.
““Bulldog” da daxil olmaqla,Ukraynaya daha yüzlərlə zirehli maşın, onlarla PUA, həmçinin “GMLRS ailəsinin idarə olunan raketləri və Starstreak MANPADS” göndərəcəyik” , - nazir bildirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, bu tədarüklər Ukraynadakı münaqişənin gedişatının dəyişməsinə, eləcə də Rusiya qoşunlarının onun ərazisindən çıxarılmasına gətirib çıxara bilər.
Son xəbərlər
Son Xəbərlər