Böyük Britaniyada Mühafizəkarlar Partiyasında Baş nazir üçün səsvermənin birinci turu başa çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 8 namizədin mübarizə apardığı səsvermədə 2 namizəd baş nazirlik yarışı ilə vidalaşıb.
8 namizəd arasında keçmiş maliyyə naziri Rişi Sunak 88, ticarət naziri Penni Mordaunt 67, xarici işlər naziri Liz Truss 50 səs toplayıb.
İlk səsvermədə partiyanın parlamentdəki 358 deputatından 30-nun dəstəyini ala bilməyən namizədlər sıradan çıxarılıb.
Maliyyə naziri Nadhim Zahavi və keçmiş səhiyyə naziri Ceremi Hant ilk turdan keçə bilməyiblər.
Son xəbərlər
Son Xəbərlər