Böyük Britaniyada peyvənd pasportu məcburi oldu

boyuk-britaniyada-peyvend-pasportu-mecburi-oldu
Oxunma sayı: 1243

Böyük Britaniyada hökumət qapalı məkanlarda maskaların taxılmasını məcburi etməklə yanaşı, peyvənd pasportunu tətbiq etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Boris Conson mətbuat konfransında bildirib.

O deyib ki, “omicron” ştamı “delta”dan daha sürətli yayılıb.

B.Conson Böyük Britaniyada “omicron” ştamına 568 qeydə alındığını və yoluxmanın son 2-3 gündə iki dəfə artdığını bildirib.

O, həmçinin xəstəxanalarda xəstə və ölənlərin artdığını qeyd edib.