Böyük Britaniyada rus agenti olduğundan şübhəli bilinən şəxs saxlanıldı

boyuk-britaniyada-rus-agenti-oldugundan-subheli-bilinen-sexs-saxlanildi
Oxunma sayı: 1561

Böyük Britaniyanı tərk etmək üçün təyyarəyə minmək istəyən şübhəli şəxs hava limanında yaxalanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda London Polis Xidməti  açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, antiterror bölməsinin əməkdaşları bazar ertəsi günü Gatwick hava limanında 40 yaşlarında bir kişini casusluğu qadağan edən 1911 Rəsmi Sirlər Qanununa əsasən saxlayıblar.

Adı açıqlanmayan şəxsin hələ də polis nəzarətində olduğu və dindirilməsinin davam etdiyi bildirilib.

“The Guardian” qəzetinin məlumatına görə, sözügedən şəxs Rusiyaya işləməkdə şübhəli bilinir.