Görüşdə ümumi işlər üzrə prorektor Rəşad Həsənov Bakı Ali Neft Məktəbinin yaranma tarixi haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub. O, qeyd edib ki, Bakı Ali Neft Məktəbində tədris Avropa Kredit Transfer sisteminin tələbələrinə uyğun şəkildə təşkil olunub və bu ali təhsil müəssisəsində Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin universitetin tədris proqramları tətbiq olunmaqdadır.
Odlar Yurdu Azərbaycanda olduğundan məmnunluq hissi keçirdiyini bildirən Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Riçard Risbi qeyd edib ki, Azərbaycan sürətli inkişaf yolunda inamla addımlayır .O, Azərbaycan prezidenti İlham Əliyevin ölkədə apardığı uğurlu iqtisadi-siyasi inkişafdan danışaraq vurğulayıb ki, dünyaya açılmış və regionun önəmli dövlətinə çevrilən Azərbaycan Böyük Britaniya və Aİ dövlətləri üçün böyük əhəmiyyət daşıyır. O, tələbələrə müraciət edərək bildirib ki, artıq güclü dövlətə çevrilmiş ölkənizi qorumaq və daha da inkişaf etdirmək gənclərin əlindədir.
Qısa vaxt ərzində Avropa standartlarına cavab verən, inglis dilli, müasir tədris texnologiyaları ilə təhciz olunmuş belə bir universitetin yaranmasını yüksək qiymətləndirən Kembric Universitetinin professoru Cefri Xan Bakı Ali Neft Məktəbi ilə gələcəkdə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Son xəbərlər
Son Xəbərlər