Bob Ueytonla “Böyük Britaniyanın ən yaşlı sakini” titulunu bölən Alf Smit dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” nəşri yazıb.
1908-ci il martın 29-da anadan olan Smit avqustun 4-də 111 yaşında vəfat edib. Onunla eyni gündə anadan olan Ueyton bu xəbəri dərin kədərlə qarşılayıb. “Mən sanki qardaşımı dəfn etdim”, - 111 yaşlı britaniyalı etiraf edib.
Uzunömürlülər hər il bir-birilərini doğum günü münasibəti ilə təbrik edir, məktublaşırdılar. Ueyton qeyd edib ki, o, mərhumun qızı ilə əlaqə saxlayıb ona başsağlığını çatdıracaq.
Son xəbərlər
Son Xəbərlər