Böyük Britaniyanın müdafiə naziri Kiyevə getdi

Böyük Britaniyanın müdafiə naziri Kiyevə getdi
Oxunma sayı: 1244

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu həftə Ukraynanın paytaxtı Kiyevə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna mətbuatında yer alan xəbərlərdə nazirin Ukraynaya artan hərbi yardımı müzakirə etmək üçün səfər etdiyi bildirilib.

Məlumatlarda Britaniya müdafiə nazirinin Kiyevə səfərinin təfərrüatları verilməsə də, Uolles tviter hesabındakı paylaşımında bunları qeyd edib:

“Ukraynaya gələcək hərbi yardımı müzakirə etmək üçün bu həftə yaxın dostum Aleksey Reznikovu Kiyevdə ziyarət etməkdən məmnunam. Onların Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyimiz getdikcə güclənir və 2023-cü ildə və ondan sonra da davam edəcək”.