Böyük Britaniyanın yeni nazirləri - Siyahı

boyuk-britaniyanin-yeni-nazirleri
Oxunma sayı: 2183

Xəbər verdiyimiz kimi, Böyük Britaniya kraliçası II Yelizaveta Devid Kemeronun istefasını qəbul edib. Mühafizəkarlar Partiyasının lideri Tereza Mey İngiltərənin yeni baş naziri seçilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Tereza Mey yeni hökuməti artıq formalaşdırıb.

Adı mətbuata açıqlanan yeni nazirlərdən biri Maykl Fellondur. O, müdafiə naziri postunda qalıb.

Boris Conson xarici işlər naziri, Ember Radd daxili işlər naziri, Filipp Hammond maliyyə naziri təyin olunub.