Böyük Britaniyanın yeni Baş naziri Boris Conson ilk iş günündə ölkənin əsas qurumlarına yeni rəhbərlər təyin edib.
“Qafqazinfo” xəbər verir ki, təyinatlar aşağıdakı kimidir:
Maliyyə naziri - Sacid Cavid,
Müdafiə naziri - Ben Uolles,
Daxili işlər naziri - Priti Patel,
Xarici işlər naziri – Dominik Raab.
Xatırladaq ki, Böyük Britaniyanın daha əvvəlki Baş naziri Tereza Mey iyulun 24-də tutduğu vəzifədən gedib. Bundan əvvəl ölkənin Xarici işlər naziri vəzifəsini tutan B. Conson isə II Yelizavetanın dövründə Britaniyanın 14-cü Baş naziri olub.




Son xəbərlər
Son Xəbərlər