Böyük Çin səddi bağlanacaq

boyuk-cin-seddi-baglanacaq
Oxunma sayı: 2125

Böyük Çin səddinin Pekin yaxınlığındakı bəzi əraziləri yanvarın 25-dən etibarən turistlərin üzünə bağlı olacaq. “Qafqazinfo”nun “Reuters”ə istinadən məlumatına görə, bu addım ölkədəki koronavirusunun yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.

Qeyd edilir ki, səddin Badalin adlı rekonstruksiya edilmiş ərazisi bağlı olacaq. Ora görməli yerin turistlər tərəfindən ən çox ziyarət olunan hissəsidir.

Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə də yayılmaqda davam edir. Artıq ABŞRusiyaSinqapur, Vyetnam, Səudiyyə Ərəbistanıİtaliyada və Fransada virusa yoluxma halı qeydə alınıb.