“Böyük dəbilqə” üçün millimizin heyəti açıqlandı

boyuk-debilqe-ucun-millimizin-heyeti-aciqlandi
Oxunma sayı: 1539

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 16-18 iyunda Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, üç gün davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Kişi cüdoçulardan Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Telman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) qüvvəsini sınayacaq.

Qadınlardan isə Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva və Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar.

Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.