Kəramət yarımfinalın bir addımlığında, qadınlar uduzdu - Yenilənir

keramet-yarimfinalin-bir-addimliginda-qadinlar-uduzdu
Oxunma sayı: 1484

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə “Böyük dəbilqə” turniri start götürür.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığması yarışa 12 cüdoçu ilə qatılıb. Turnirin ilk günü onlardan dördü tatami üzərinə çıxacaq.

Kişilər

60 kq
Yarışa 1/16 finalda başlayan Oruc Vəlizadə Mortiz Plafkini (Almaniya) məğlub edib. 
Kəramət Hüseynov təsnifatda Rusiya təmsilçisi Ayub Bliyev, 1/16 finalda  Harim Lini (Cənubi Koreya), 1/8 finalda isə türkiyəli Mirac Akkusu mübarizədən kənarlaşdırıb.  

66 kq
Nicat Şəxəlizadə ilk cəhdində Bojidar Temelkovu (Bolqarıstan) məğlub edib. Onun 1/8 finaldakı rəqibi koreyalı Baul An olacaq. 
Orxan Səfərov  ilk görüşdə Lukas Sanaya  (Finlandiya) uduzub.

Qadınlar

48 kq
Leyla Əliyeva 1/16 finalda  Gulnur Muratbaeva (Özbəkistan) üzərində qələbə qazansa da, növbəti mərhələdə serbiyalı Milisa Nikoliçlə bacarmayıb. 
Bu çəkidəki digər təmsilçimiz Ayişə Qurbanlı isə ilk cəhdindəcə  Xalimajon Kurbonovaya (Özbəkistan) uduzub.