“Böyük Dəbilqə”də 7 cüdoçumuz mübarizəyə başlayır

boyuk-debilqede-7-cudocumuz-mubarizeye-baslayir
Oxunma sayı: 1104

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.

“Qafqazinfo”  xəbər verir ki, yarışın ilk günündə 8 idmançımız da qüvvəsini sınayacaq.

Kişilər
60 kq

Kəramət Hüseynov fransalı Luka Mxeidze, Davud Məmmədsoy isə hindistanlı Vijay Kumar Yadavla qarşılaşacaq.

66 kq
Nicat Şıxəlizadənin rəqibi Villian Lima (Braziliya)/Yarin Menaged (İsrail) cütünün qalibi olacaq. Orxan Səfərov isə Niderland təmsilçisi İvo Verhorstertlə münasibətlərinə aydınlıq gətirəcək.

Qadınlar
48 kq 
Aişə Qurbanlı Şirin Bouklini (Fransa) sınağa çəkəcək. Leyla Əliyeva macarıstanlı Luka Mamira ilə üz-üzə gələcək.

52 kq
Gültac Məmmədəliyeva monqolustanlı Qal-Od Tserentoqxodla qarşılaşacaq.

Qeyd edək ki, turnirdə idmançılar Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları da qazanacaqlar.