“Böyük İpək Yolu” BGT-nin Üzvlər Şurasının iclası Yunanıstanda keçiriləcək

boyuk-ipek-yolu-bgt-nin-uzvler-surasinin-iclasi-yunanistanda-kecirilecek
Oxunma sayı: 685


Üzvlər Şurasının iclasına Yunanıstan Təhsil Nazirliyi, Salonik şəhər meriyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, UNESKO-nun Yunanıstandakı Milli Komissiyası dəstək verib.

Üzvlər Şurasının iclasında quruma üzv olan təşkilatlarla yanaşı yeni qurumları təmsil edən 40 ölkənin nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlardan olan müşahidəçilərin iştirakı gözlənilir. Üzvlər Şurasının iclası zamanı cari məsələlərin müzakirəsi aparılacaq və 2015-ci il üçün icra planı qəbul ediləcək.

“Böyük İpək Yolu” BGT-nin Üzvlər Şurasının iclası Avropa Gənclər paytaxtı 2014-Salonik” proqramı çərçivəsində həyata keçiriləcək.