“Böyük İpək Yolu” yeni layihəyə start verib

boyuk-ipek-yolu-yeni-layiheye-start-verib
Oxunma sayı: 769


“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində İttifaqa üzv ölkələrdən dəvət olunmuş 10 nəfər xarici mütəxəssis Azərbaycandakı gənclər təşkilatları ilə görüşlər, seminarlar, dəyirmi masalar keçirirlər. 

Əsas məqsəd  gənclərin beynəlxalq səviyyədə keçirilən layihələrində iştirakını, gənclər təşkilatları arasında əməkdaşlıq sahəsində bilik və bacarıqlarını artırmaqdır. Eyni zamanda gənclərin iştirakını artıran birgə layihələrin həyata keçirilməsi üçün  potensialın artıılması, tolerantlığı gücləndirilməsi, beynəlxalq əməkdaşlıq vasitəsilə şəbəkələşmək, maariflənmək, mədəni və  humanitar sahədə irəliləmək əsas prioritet istiqamətlərdir.

Qeyd edək ki, layihənin başlıca hədəfi  yerli gənclərin beynəlxalq səviyyədə əməkdaşlığa daha açıq olmaq, müxtəlif mədəniyyətləri təmsil edən gənclərin iştirakı ilə keçirilən layihələrdə daha ixtisaslaşmış və təcrübəli olmaq kimi dəyişikliklərə nail olmaqdır.