“Böyük məbləğ alsaydıq, pis olmazdı” - Millinin futbolçusu+ Video

boyuk-mebleg-alsaydiq-pis-olmazdi
Oxunma sayı: 2174

“Neftçi”nin kapitanı Emin Mahmudov ARB kanalında yayımlanan “Oyundankənar” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan millisinin futbolçularına Slovakiya və Qazaxıstan üzərində qazanılan qələbələrə görə yüksək məbləğdə mükafat verilməsi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib:

“Böyük məbləğ olsaydı, pis olmazdı. Həmişə qələbə qazananda bu söhbətlər ortaya atılır. Heç iki oyuna biz o qədər məbləğdə mükafat almamışıq. Müxtəlif rəqəmlər yazırlar və bu yalandır. Bu cür şeylər xoş deyil. Mən Rusiyada oynayanda belə qələbələr üçün daha çox pul alırdıq. Futbolda digər sahələrə nisbətən böyük pullar olur. Mən bunu müdafiə etmirəm, amma millinin oyunlarına görə yazılan rəqəmlərə heç yaxın məbləğ belə almamışıq”.