“Qafqazinfo” xəbər verir ki, “Böyük oyun” statusu almış “Neftçi”- “Xəzər Lənkəran” matçı, sentybarın 13-də saat 17:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bu matçın fərqli stadionda keçirilməsi ilə bağlı saytımıza açıqlama verib. PFL rəsmisi “Neftçi”-“Xəzər Lənkəran” matçının “Bakcell Arena”da deyil, Bakıxanov qəsəbə stadionunda keçirilməsini millinin oyunu ilə əlaqələndirib: “Bildiyiniz kimi, millimizin sabah Bolqarıstanla “Bakcell Arena”da oyunu var. Həmin matçdan sonra ot örtüyünün qorunması və ideal vəziyyətə gətirilməsi üçün bir qədər vaxt lazımdır. Ona görə də sentybarın 13-də keçiriləcək “Neftçi-“Xəzər Lənkəran” matçı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna salınıb”
İqbal
Son xəbərlər
Son Xəbərlər