“Böyük oyun”un hakimi dəyişdirildi

boyuk-oyunun-hakimi-deyisdirildi
Oxunma sayı: 1242

Topaz Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib.

“Qafqazinfo” xəbər verir ki, FİFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən 5-ci turda meydançaya çıxmayacaq.

Odur ki, AZAL – “İnter” görüşündə İnqilab Məmmədov idarəçilik edəcək.

Bundan əlavə, Ağayevin xəstələnməsi "Böyük oyun"da da dəyişiklik olmasını zəruri edib. Belə ki, onu əlavə köməkçi hakim kimi təyinat aldığı “Neftçi” – “Xəzər Lənkəran” görüşündə Fariz Yusifov əvəzləyəcək.