“Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq

boyuk-qayidis-ve-reinteqrasiya-ile-bagli-qanun-layihesi-hazirlanacaq
Oxunma sayı: 1005

Milli Məclisin İnsan Hüquqları komitəsinin yaz sessiyasında diffamasiya haqda qanunvericilik və beynəlxalq təcrübə ilə bağlı dinləmələr keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, komitə sessiya dövründə, həmçinin Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirməyi, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin işlənib hazırlanmasını planlaşdırır.

Eyni zamanda, “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrupun” yaradılması barədə təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi də nəzərdə tutulur.

Günel Türksoy