“Böyük səhv edib, bilmədiyi şeyləri danışmasın”

boyuk-sehv-edib-bilmediyi-seyleri-danismasin
Oxunma sayı: 2954

“Ranar deyib, böyük bir səhv edib. Xırda söhbətlər heç vaxt aramızı vura bilməz. Ranar deyir ki, kimsə ona çatdırıb. Bu, sübutsuz bir söhbətdir. Kim ona çatdırıbsa, səhv  məlumat verib. Bilmədiyi şeyləri danışmasın”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Xəyyam Nisanov MTV-yə aparıcı Ranar Musayevin “Xəyyamla Zamiq Hüseynov tədbirdə birinci oxumaq üstündə mübahisə edib” açıqlamasına rəy verərkən deyib.

“Mənim hansısa bir kaprizim yoxdur. Zamiq yaxın dostumdur, ona böyük hörmət bəsləyirəm. Gülməlidir! Ən azından ayıbdır, bizə yaraşmaz. Nəinki Zamiqə, heç kimə qarşı o sözü demərəm. Mən heç kəsə tədbirdə söz demirəm, çalışan işçilər, köməkçilərim, səs rejissorum var. 3 nəfərlə tədbirlərə gedirəm, bunu hamı bilir. Səhnəyə çıxarkən mikrofon verirlər, deyirlər mahnınız hazırdır, oxuyun”, - deyə Xəyyam bildirib.