“Böyük televizor və popkorn sifariş vermişəm” - Pele

boyuk-televizor-ve-popkorn-sifaris-vermisem
Oxunma sayı: 3071

Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele yoğun bağırsağındakı şişin müalicəsini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə futbol əfsənisinin rəsmi İnstaqram səhifəsində məlumat paylaşılıb.

Pelenin gülümsədiyi və olduqca gümrah göründüyü foto paylaşılaraq yazılıb:

"Dostlar, hər ay etdiyim kimi, müalicəmi davam etdirmək üçün xəstəxanaya gedirəm. Mən artıq böyük televizor və popkorn sifariş vermişəm ki, Super Kuboka baxa bilim".

Qeyd edək ki, 81 yaşlı braziliyalı ulduz keçən sentyabr ayında əməliyyat olunmuşdu.