“Qafqazinfo” xəbər verir ki,III dövrənin və ya XIX turun oyunlarına bu gün keçiriləcək “Qarabağ”- “Xəzər Lənkəran” matçı ilə start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq. Bu cütlük arasında keçirilən iki dövrənin oyunlarında “Qarabağ” “Xəzər Lənkəran”ı üstələyib (2-0) (3-0).
Mustafa Dənizli ilə yeni, uğurlu dönəmə girmək istəyən “Xəzər”in hədəfi 3 xal və turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaqdır. Hazırda 22 xalla VIII sırada qərarlaşan Lənkəran klubunun vəziyyəti heç də yaxşı deyil. Digər tərəfdən, qış fasiləsinə 36 xalla lider yollanan “Qarabağ”, bu gün “Xəzər Lənkəran” üzərində ilk 2 dövrədə qazandığı qələbələrin motivasiyası ilə mübarizə aparacaq və bu uğurunu III dəfə də təkrarlamağa səy göstərəcək.
Saat 17:00
“Qarabağ”- “Xəzər Lənkəran”
İqbal
Son xəbərlər
Son Xəbərlər