“Qafqazinfo” xəbər verir ki, Arzu Rəhimov Böyük Vətən müharibəsi veteranı Muradəli Heydərovun keçdiyi döyüş yolundan söz açaraq, onun gənclər üçün bir nümunə olduğunu vurğulayıb. Gənclərin ordu sıralarına hazırlanmasında, döyüş əzmi ruhunda və hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə Muradəli Heydərova təşəkkürünü bildirən general-leytenant Arzu Rəhimov onun bu fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi Fəxri Fərmanı Muradəli Heydərova təqdim edərək, ona möhkəm can sağlığı və uzun ömür arzulayıb.
Böyük Vətən müharibəsi veteranı Muradəli Heydərov bu qayğı və diqqət üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bundan sonra da yorulmadan veteranların nümunəsini gənc nəsil arasında təbliğ edəcəyini vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər