Ağ Evin Mətbuat xidmətinin rəhbəri Stefani Qrişem növbəti “Böyük Yeddilik” (G7) sammitinin keçirilə biləcəyi mümkün məkanların adlarını açıqlayıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, mətbuat katibinin sözlərinə görə, 2020-ci ildə keçirilməsi planlaşdırılan beynəlxalq klubun liderlərinin görüşəcəyi yer və tarix hələ təyin edilməyib.
S. Qrişem həmçinin qeyd edib ki, sammitin məkanı olaraq Kaliforniya, Yuta, Kolorado, Havay adaları, Florida, Tennessi, Şimali Korolina, Miçiqan və Kolumbiya nəzərdən keçirilir.
Xatırladaq ki, G7 bu il Fransada baş tutmuşdu.
Son xəbərlər
Son Xəbərlər