“Böyük Yeddilik”dən Rusiyaya qarşı - - Bəyanat

boyuk-yeddilikden-rusiyaya-qarsi-
Oxunma sayı: 4105


Dünyanın yeddi nüfuzlu ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsini qınayan birgə bəyanat yayıblar. 

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, həmin ölkələr, eyni zamanda bu ilin iyununda Soçidə keçiriləcək “Böyük Yeddilik”in sammitinə hazırlığı ləğv etdiklərini açıqlayıblar:

“Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, həmçinin Avropa Şurası və Avropa Komissiyası prezidentləri Rusiya Federasiyasını Ukraynanın suverenliyi və ərazi bütövlüyünə açıq-aşkar müdaxiləsinə görə birgə ittiham edirik”. 

Bəyanatda qeyd olunur ki, vəziyyət dəyişməyənə qədər sammitə hazırlıq dondurulur.