Böyükağa Hacıyevin vəfatından 3 il ötür - Video

boyukaga-haciyevin-vefatindan-3-il-otur
Oxunma sayı: 1122

Bu gün “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatından 3 il ötür. “Qafqazinfo” xəbər verir ki, Bakı klubu ilə tarix yazmış mütəxəssis 2018-ci il martın 18-də 59 yaşında vəfat edib. 

O, Azərbaycan futbolunda, xüsusən “Neftçi”də baş məşqçi kimi iz qoyub. Hacıyev ölkəmiz adına ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Məşhur mütəxəssis 2012/2013-cü il mövsümündə səfərdə Kiprin APOEL klubunu məğlub edərək Avropa Liqasının qrup mərhələsinə düşür. 

O, qrupda İtaliyanın “İnter” klubu ilə oyunda səfər heç-heçəsi (2:2) edərək sürprizə imza atır. Hacıyev həmçinin 2005/06, 2011/12, 2012/13 illərdə Azərbaycan çempionu adını da qazanıb. 

Məşqçi futboldakı uğurları ilə yanaşı həmişə dediyi sözlərlə də ölkə mətbuatının gündəmində olub. Mətbuat konfranslarında iddialı bir o qədər də atmacalı çıxışları onu yaddaşlarda saxlayıb. 

Həmin çıxışların bir hissəsini təqdim edirik: