“Özümü zirvədə hiss edirəm” – Fotosessiya

ozumu-zirvede-hiss-edirem-fotosessiya-
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri dünən Milli Mətbuat Günü ilə bağlı jurnalistləri başına toplayaraq onlara diplom və hədiyyələr təqdim edən tanınmış müğənni, “Emerald 777” şirkətinin rəhbəri Ruhi deyib. Ruhi jurnalistlərin timsalında özünə çox yaxın dostlar qazandığını, bu dostlara həddən artıq güvəndiyini bildirib:

“Mən hər zaman Azərbaycan dövləti, xalqı üçün çalışan, cəmiyyətimizdə ictimai rəy yaradan jurnalistlərə çox böyük hörmətlə yanaşıram. Düşünürəm ki, sizin dövlətimizin, xalqımızın qarşısında xidmətləriniz çox böyükdür. Biz də belə günlərdən istifadə edib sizlərə qarşı öz diqqətimizi göstərməklə öz borcumuzu yerinə yetiririk. Mən bir daha indiyə kimi mənə dəstək olan və olmayan bütün qələm əhlinə minnətdarlığımı bildirirəm. Əllərimiz var olsun. Hər zaman qələminiz Azərbaycan xalqının rifahına xidmət etsin.