Özünü təslim etdi

ozunu-teslim-etdi
Oxunma sayı: 816

Həmin gecə rəfiqəsi ilə düd deyincə vurur. O, həm də işdən çıxarılmışdır! Odur ki, yeni həyatını əməlli-başlı qutlayır.
İş axtarışı bu gözəl bayanı bir reklam şirkətinə gətirib çıxarır, orda daha bir oğlanla tanış olur, işə düzəlir, bu tanışlıq elə ilk günlərdəncə yatağa qədər gedib çıxır. Günlərin birində isə qəhrəmanımız öz sevgilisini başqa bir xanımla qol-qola görür və... Və yeni işinə də, yeni oğlanına da tüpürür!

Doğrudur film adına uyğun olaraq, romantik sonluqla bitir, ancaq tamaşaçının qəlbində böyük bir sual işarəsi buraxır. Nə baş verir, əfəndilər?!

Bildiyiniz kimi Azərbaycan və Türkiyə kimi Avropa yolunu tutan ölkələrdə cəmiyyətin əsas özülünü təşkil edən ailə öz aparıcı funksiyasını itirməkdədir. Qərb ailənin dağılmasına faciə kimi baxmır. Çünki bərabər hüquqa malik olan kişi və qadın ailədən sonra müstəqil yaşamaq, yenidən sevib-seçmək imkanına malikdir. Qərbdə ərindən ayrılmış xanıma münasibət bizdəki kimi deyildir. Bizdə sanki qadın görünməyən bir məkanda görünməyən insanlar qarşısında and içmişdir ki, ərindən ayrı düşəndən sonra heç kimi sevməyəcək və heç kimlə ailə qurmayacaq. Bu əhdi pozan qadınlara cəmiyyətdə amansız münasibət vardır.
Mən çoxlu gənc oğlan tanıyıram ki, sözdə qadın azadlığını müdafiə, qadın və kişi bərabərliyini təbliğ edirlər. Ancaq onlar nəinki evlənib ayrılan, hətta balaca bir eşq macərası yaşayan xanımla ailə qurmaqdan, onun ikinci sevgilisi olmaqdan bilmərrə imtina edirlər.
Anlayacağınız Avropanın təqdim etdiyi vətəndaş münasibəti də Şərqə doğru qadınların əleyhinə yönəlikdir. Bu sadəcə xanımların başını aldatmaq fürsətidir.

Mənim bir qohumum 19 yaşından dul qalıb, saçının birini ağ, birini qara hörərək 2 övlad böyüdüb.
Bir xanım tanışım isə ailəli bir oğlana vurulmuşdu. Uzun hicran yanğısından sonra özünü o oğlana təslim etmək qərarına gəldi və etdi!
Biri Şərqin, biri isə Qərbin simgəsi olan bu hadisələr heç biri sonucda xoşbəxtlik vəd etmir!
Qərbli olsaydıq bari...