““BP” Azərbaycan büdcəsinə nə qədər vəsait ödəyir?”

bp-azerbaycan-budcesine-ne-qeder-vesait-odeyir
Oxunma sayı: 1766

“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə kimi 1,1 milyard azalıb. Bəlkə, Qarabağ müharibəsini udmuşuq, ya torpaqları almışıq?! Müdafiə məsələlərində çox diqqətli olmalıyıq”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı deyib. 

Deputat daha sonra “BP”  şirkətinin fəaliyyətinə toxunaraq bu illər ərzində onun Azərbaycan büdcəsinə nə qədər vəsait ödəməsi ilə maraqlanıb: “Mən bilmək istəyirəm ki, “BP” Azərbaycan büdcəsinə nə  qədər vəsait ödəyir? Şəxsən mənim bu haqda məlumatım yoxdur. Hansı ki, uzun illərdir Azərbaycana iqtisadiyyatından bəhrələnirlər. İqtisadiyyat Nazirliyi bu məsələləri təhlil etməlidir”.

Daha sonra T. Kərimli deputat seçildiyi rayonun yol problemini qaldırıb.

“Ağsu rayonuna on illərdir bir avtobus, yük maşını  girib- çıxa bilmir. Bu məsələləri qurtarmaq lazımdır. Gəlin cehizini daşımaq üçün  20 km-lik yola görə 150 km yol gedilməlidir. İki kənd var ki illərdir deyirik ki, yol çəkilmir? Bunu artıq həll etmək lazımdır”- deyə deputat qeyd edib.

 Günel Türksoy