“Qafqazinfo” Azadlıq Radiosuna
istinadən məlumat verir ki, BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının
neft və qaz tərəfdaşı olacaq. BP bildirir ki, bununla bağlı əldə olunan razılaşmaya
əsasən, şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə
yardım edəcək.
Bakı 2015 Avropa
Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti Avropa
Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan
idmançılarının yetişdirilməsini maliyyələşdirməyə yardım edəcək.
Azərbaycan
Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunlarının Əməliyyat
Komitəsinin (BEGOC) baş icraçı direktoru cənab Azad Rəhimov deyib: «BP şirkəti
uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır. BP
bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəklənməsində təcrübəyə
malikdir və biz onu Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən
məmnunluq duyuruq».
BP-nin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti Ian Sutherland deyib:
“Bu təşəbbüs
yüzlərlə Azərbaycan gəncinin yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin
beynəlxalq tədbirlər həyata keçirmə potensialına töhfə verməsi üçün çox gözəl
bir imkandır. BP şirkəti Azərbaycanın bacarıq və potensialların yaradılması
istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata
keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən
məmnunluq duyur”.
Son xəbərlər
Son Xəbərlər