BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb.
“BP Azerbaijan”dan “Qafqazinfo”ya verilən məlumata görə, birinci rübün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər təşkil edib.
Buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bildirilib ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.
Son xəbərlər
Son Xəbərlər