“BP” ilin ilk rübündə 2,6 milyard dollar qazanıb

bp-ilin-ilk-rubunde-26-milyard-dollar-qazanib
Oxunma sayı: 1100

İngilis şirkəti “BP”nin ilin ilk rübündə mənfəəti 2,6 milyard dollar təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, analitiklər məcburi xərclər çıxıldıqdan sonra rəqəmin 1,64 milyard dollara çatacağını proqnozlaşdırırdı. Bundan əlavə, şirkət 2021-ci ilin ikinci rübündə 500 milyon dollarlıq səhmlərini geri almağı planlaşdırır.

Şirkətin gözləntiləri üstələyən mənfəət artımına əməliyyat mühitindəki dəyişikliklər və neft-qaz qiymətlərinin yüksəlməsi səbəb olub.

Eyni zamanda, “BP”nin xalis borcunu 35 milyard dollar altına salmaq hədəfinə çatdığı bildirilir.

2021-ci ilin birinci rübündə səhm başına dividendlər 5,25 sent təşkil edib.

İlin birinci rübündə şirkətin ümumi borcu 5,6 milyard dollar azalaraq 33,3 milyard dollar olub.

Xatırladaq ki, 2020-ci ilin son rübündə “BP”nin mənfəəti 110 milyon dollar təşkil etmişdi.